ELM VƏ TƏHSİL


Məktəblilər “Sağlam həyat tərzi” mövzusunu araşdırırlar

Bakı, 15 may, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində may ayı “Sağlam həyat tərzi” mövzusuna həsr olunub.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, verilmiş mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Mövzunun seçilməsinin məqsədi şagirdlərin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları bu barədə daha geniş maarifləndirməkdir. Mayın sonunda mövzuya uyğun olaraq “Ayın ən sağlam məktəbi” nominasiyası üzrə qalib məktəb seçiləcək.

Bakı şəhərinin 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Sağlam həyat tərzi” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “açıq dərs”, sərgi və ekskursiyaların keçirilməsi, müxtəlif araşdırmaların aparılması nəzərdə tutulub.

Qalib məktəb orijinallıq, mövzunun əhatəliliyi, fəaliyyətin müxtəlifliyi, şagirdlərin bacarıqlarının formalaşdırılmasına xidmət edən fəaliyyət zənginliyi, layihədə müxtəlif yaş qrupunu təmsil edən şagirdlərin iştirakı, mövzunun ekoloji problemləri əhatə etməsi, hesabatların təqdim edilməsində təsdiqləyici materialların mövcudluğu (foto və s.) kimi meyarlara əsasən müəyyənləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.