Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Məktəblilər Şəmkir və Göygöldən zəngin təəssüratla ayrıldılar VİDEO

Şəmkir, 18 noyabr, Sabir Əliyev, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində respublikamızın qərb bölgəsinə gələn Biləsuvar, Cəlilabad, Salyan, Masallı, Astara, Lerik və Lənkəranın IX-XI sinif şagirdləri bölgə ilə tanışlığı Şəmkir və Göygöl rayonlarında davam etdiriblər.

AZƏRTAC xəbər verir ki, səhər tezdən Şəmkirə gələn məktəblilər rayonla tanışlığa orta əsr Şəmkir qalasından başladılar. Qalanın qalıqları ilə tanış olan şagirdlərə məlumat verildi ki, böyük İpək yolu üstündə yerləşən bu qədim şəhər AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aşkar edilib. Qala önündə xatirə şəkli çəkdirən tur-aksiya iştirakçıları sonra rayonla tanışlığı Heydər Əliyev Mərkəzində, Bayraq muzeyində, “Zəka” gənclərin intellektual inkişaf mərkəzində, Abidələr və İstiqlal parklarında, XIII əsrdə burada məskunlaşan almanlar tərəfindən inşa edilmiş Lüteran kilsəsində davam etdirdilər.

Heydər Əliyev Mərkəzində olarkən tur-aksiya iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşələrə baxdıqdan sonra, burada təşkil olunmuş intellektual oyunda iştirak etdilər.

Günortadan sonra maarifləndirici tur-aksiya çərçivəsində məktəblilərin bölgə ilə tanışlığı Göygöl rayonunda davam etdirildi. Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda mehribanlıqla qarşılanan məktəblilərə məlumat verildi ki, parkda Heydər Əliyev Mərkəzi, Gənclər sarayı, uşaq əyləncə mərkəzi, qapalı və açıq idman meydançaları, yay konsert salonu fəaliyyət göstərir. İlin bütün fəsillərində şəhər sakinləri bu obyektlərdən səmərəli şəkildə istifadə edirlər.

Sonra məktəblilər parkın ərazisini gəzdilər. Rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova şagirdlərə rayonun tarixi, iqtisadiyyatı, insanların məşğulluğu, eləcə də maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, Göygöl rayonu ölkəmizin ən səfalı yerlərindəndir və hər il minlərlə yerli və xarici turist burada istirahət edir.

Məktəblilər vaxtilə alman ailələrinin yaşadıqları və son illər dövlət vəsaiti ilə əsaslı şəkildə təmir edilərək öz əvvəlki görkəminə qaytarılan evlərə də baxdılar. Tur-aksiya iştirakçıları rayonda yaşayan sonuncu alman Viktor Klaynın ev-muzeyində onun qorunub saxlanılan əşyaları ilə tanış oldular.

Şəmkir kimi, Göygöl rayonu da tur-aksiya iştirakçılarında xoş təəssürat oyatdı.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçısı, Biləsuvar qrupunun bələdçisi Amil Şirinov məktəblilərin Şəmkir və Göygöl rayonlarından aldıqları təəssüratı belə ifadə etdi: “Mən qərb bölgəsinin füsunkarlığı haqqında çox eşitmişdim. İndi bütün bunları öz gözlərimlə gördüm. Müstəqillik qazandıqdan sonra ölkəmizin bütün bölgələrinin belə sürətli inkişafı həm şagirdlərimizi, həm də biz müəllimləri çox sevindirir. Burada olduğumuz müddətdə şagirdlərlə maraqlı söhbətlərimiz oldu. Onlar bu aksiyanın təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq edirlər”.

Salyan şəhər 1 nömrəli orta məktəbin XI sinif şagirdi Lətifə Mustafayeva isə səfərlə bağlı bunları dedi: “Prezidentimizin tapşırığı ilə həyata keçirilən bu tədbirdə iştirak etdiyim üçün çox sevinirəm. Bu layihə ölkəmiz haqqında olan biliklərimizin artmasında müsbət rol oynayacaq. Qədim yaşayış məskənləri, tarixi məkanlarla tanışlıq, hətta onları öz gözlərimizlə görməyimiz Azərbaycan tarixini daha mükəmməl öyrənməyimizdə böyük rol oynayacaq. Odur ki, bu aksiyanın təşəbbüskarı olan Prezidentimizə minnətdarıq”.

Məktəblilər Şəmkir və Göygöldən zəngin təəssüratla ayrıldılar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO