ELM VƏ TEXNOLOGİYA


Məktəblilər arasında “Tolerantlıq uşaqların gözü ilə” mövzusunda müsabiqə keçirilib

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Bakıdakı 32 nömrəli orta məktəbin VI-VII və VIII sinif şagirdləri arasında “Tolerantlıq uşaqların gözü ilə” mövzusunda müsabiqə keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə müxtəlif xalqların mədəniyyətinə dair rəsmlərlə qatılan şagirdlər bu şəkillər vasitəsilə maraqlı fikirlərini də izah ediblər.

Sonra müsabiqənin qalibləri müəyyənləşdirilib.

Məktəblilər muzeyin tolerantlığı əks etdirən eksponatları ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.