ELM VƏ TƏHSİL


Məktəblilər arasında badminton üzrə yarışın qalibləri müəyyənləşib

Bakı, 8 iyun, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 12 nömrəli tam orta məktəbdə paytaxtın ümumi təhsil məktəblərinin şagirdləri arasında badminton idman növü üzrə turnir keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, olimpiya sistemi üzrə keçirilən yarışlarda şagirdlər həm komanda, həm də şəxsi hesabda mübarizəyə qoşulublar.

Komanda hesabında keçirilən yarışın nəticəsinə görə 260 nömrəli tam orta məktəbin komandası birinci, 104 nömrəli tam orta məktəbin komandası ikinci, 251 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.

Şəxsi hesabda Səbuhi Hüseynov, Vaqif İsmayılov, Zaur İsazadə, Elnurə Cəfərova, Sevil Salamova,Təzəgül Əhmədli birinci, ikinci və üçüncü yerləri tutublar.

Yarışın bağlanış mərasimində BŞTİ-nin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları qalib komandaları təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Qalib komandaların üzvləri və şəxsi hesabda fərqlənən idmançılar müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.