ELM VƏ TƏHSİL
Məktəblilər arasında epistolyar inşa müsabiqəsi üçün mövzular təklif edilib
Dünya Poçt İttifaqı (DPİ) bütün poçt müdiriyyətlərinə məktəblilər arasında epistolyar inşa müsabiqəsinin təşkilini tövsiyə edib. Ən yaxşı inşa yazısı DPİ-nin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndəriləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, DPİ tərəfindən “Kiməsə məktub yaz və izah et: Sən hansı bir dünyada böyümək istəyərdin?”, “Azərpoçt” MMC tərəfindən “Biz o torpaqlara qayıdacağıq!”, Təhsil Nazirliyi tərəfindən isə “Xalq qəhrəmanları ilə tanınır” mövzuları təklif edilib.
Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 800 sözdən artıq olmamalıdır.
Müsabiqədə iştirak etmək istəyən hər bir şagirdin inşa yazısı iştirakçı vərəqi ilə birlikdə 2015-ci il martın 1-dək Azərpoçt” MMC-yə (ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, poçt indeksi: AZ1000) göndərilməlidir.
Qaliblərə pul mükafatları təqdim olunacaq..