ELM VƏ TƏHSİL
Məktəblilər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılırlar
Bakı, 16 may, AZƏRTAC
“Məktəblinin dostu” layihəsi çərçivəsində “Fövqəladə hallarda davranış qaydaları” adlı təlimlərə başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, “Məktəblinin dostu” pilot layihəsinə daxil olan 30 məktəbin hər birində keçirilən təlimlər şagirdlərin yaş qruplarına uyğun ibtidai və yuxarı sinif şagirdləri üçün ayrı-ayrılıqda təşkil olunur. Təlimlər dərsdən sonra könüllü qrupların yaradılması ilə həyata keçirilir.
Təlimlərin keçirilməsinin əsas məqsədi fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivlərinin fövqəladə hadisələrdən mühafizə üsulları və bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdir.
Maarifləndirici təlimlərin mayın sonunadək davam etdirilməsi nəzərdə tutulur.