MƏDƏNİYYƏT


Məktəblilər muzey və teatrlara ekskursiya ediblər

Bakı, 28 iyul, AZƏRTAC

Nəsimi Rayon İcra Hakimiyyəti məktəblilərin yay tətili günlərində uşaq və yeniyetmələrin istirahətinin təşkili ilə bağlı bir sıra tədbirlərə start verib.

Belə ki, rayon orta məktəb şagirdlərinin tətil günlərində asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına kömək göstərilməsi üçün bir sıra muzeylərə və teatrlara ekskursiyaları təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində məktəblilər Nəsimi Rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmini izləyiblər. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən şagirdləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olan 500 yeniyetmə iştirak edib.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunub.

Vurğulanıb ki, dövlətimiz tərəfindən uşaqların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılıb. İcra hakimiyyətinin rəsmisi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısından, onların təhsili, sağlamlığı və ölkəmizə layiqli vətəndaş olmaları üçün həyata keçirilən iri miqyaslı layihələrdən danışıb.

Belə silsilə tədbirlərin davamlı olacağını deyən G.Verdiyeva uşaqlara vaxtlarının daha da səmərəli keçməsi üçün yaradılan şəraitdən lazımınca faydalanmalarını tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.