CƏMİYYƏT


Məktəblilər üçün bir sıra qoruqlara ekskursiyalar təşkil edilib

Bakı, 9 avqust, AZƏRTAC

“Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin təşəbbüsü ilə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna, “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğuna, Şirvanşahlar Sarayı Kompleksinə, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna və digər məkanlara ekskursiyalar təşkil edilib.

Təşkilat rəhbəri Aygün Zamanlı AZƏRTAC-a bildirib ki, ekskursiyalarda Bakının ümumtəhsil məktəblərindən 55 şagird iştirak edib. Ekskursiyaların təşkilində məqsəd uşaqların bu gəzintilər zamanı tariximizlə bağlı mühüm biliklər əldə etməsi, həmçinin asudə vaxtlarını səmərəli keçirməsidir.

1995-ci ildə yaradılan “Aytam” mütəmadi olaraq ədəbi-mədəni tədbirlər keçirir, tarixi abidələrə, mədəniyyət ocaqlarına, muzeylərə ekskursiyalar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.