CƏMİYYƏT


Məktəblilərə mədəni dəyərlərimiz təbliğ olunur

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıtda “Müasir tərbiyədə mədəni dəyərlərimizi yaşadaq!” layihəsi icra olunur.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində ilk tədbir Sumqayıt şəhər 39 saylı tam orta məktəbdə keçirilib.

Tədbirdə məktəbin direktoru Bəxşeyiş Ələmşahov mədəni dəyərlərimizin təbliği və yaşadılmasından danışaraq, məktəblilərlə etik və düzgün davranış qaydalarına əməl etməyi tövsiyə edib.

Tünzalə Miriyeva icra etdiyi layihənin məqsədindən danışıb və layihənin donoru haqqında məlumat verib.

Layihənin eksperti gənclərin cəmiyyətdə riayət etməli olduqları düzgün davranış qaydalarından, ictimai davranış qaydalarının təbliğindən və bu sahədə aparılan maarifləndirmə işlərindən danışıb.

İştirakçılara maarifləndirici bukletlər və dəftərxana ləvazimatları paylanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.