CƏMİYYƏT


Məktəblilərə zəlzələ zamanı davranış qaydaları öyrədilib

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC 

Məktəblilər arasında zəlzələ zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri davam etdirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir Avropa-Azərbaycan məktəbinin şagirdləri üçün keçirilib.

RSXM-nın əməkdaşları Avropa-Azərbaycan məktəbində şagirdlərə zəlzələlər, onların başvermə səbəbləri və zəlzələ zamanı davranış qaydaları haqqında ətraflı məlumat veriblər.

Sonra şagirdlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.