İQTİSADİYYAT


Məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiyası davam edir

Bakı, 27 mart, AZƏRTAC

Məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiyası davam edir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri (ABOEM) üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” adlanan altında orta məktəblərdə keçirilən layihə çərçivəsində məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiyası bayram günlərində də davam etdirilib. Bərpa olunan enerji növləri, onların xüsusiyyətləri, ölkəmizin bu istiqamətdə potensialı və Dövlət Agentliyinin gördüyü işlər və digər mövzularda məktəblərdə keçirilən təlimləri təcrübi baxımdan yekunlaşdırmaq, şagirdlərin əldə etdikləri nəzəri biliklərin praktikada tətbiqini möhkəmləndirmək məqsədilə Bakının129, 140, 246 saylı orta məktəblərinin 100-dək müəllim və şagirdi üçün ekskursiya təşkil olunub.

Ekskursiya zamanı məktəblilərə günəş panelləri və onların iş prinsipləri, külək stansiyaların növləri və texnologiyası, mərkəzdə fəaliyyət göstərən “ağıllı şəbəkə” haqqında ətraflı məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.