ELM VƏ TƏHSİL


Məktəblilərin fövqəladə hallarla bağlı bilik və bacarıqları təkmilləşdirilir

Bakı, 7 iyun, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) mülki müdafiənin təşkilinə və mülki müdafiə məşqlərinə həsr olunmuş görüş keçirilib. Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib.

Görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi ilə bağlı tələblərin yerinə yetirilməsi məqsədilə görülən işlərin zəruriliyini diqqətə çatdırıb. Qeyd edib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, bu cür hallarda müəllim və şagirdlərin bilik və bacarıqlarını təkmilləşdirilməsi məqsədilə davamlı tədbirlər keçirilir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə İdarəsinin rəisi Vüsal Tahirov “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qərargahının və komandir-rəis heyətinin fəaliyyətinin təşkili” mövzusunda çıxış edib.

BŞTİ-nin mülki müdafiə qərargahının rəisi Şahin İsgəndərov isə təmsil etdiyi qurumda fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına hazırlıq istiqamətində görülən işlərdən danışıb.

Sonra mülki müdafiənin təşkili sahəsində görülən tədbirlər, mülki müdafiə məşqlərinin əhəmiyyəti haqqında fikirlər bildirilib, iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.