ELM VƏ TƏHSİL


“Məktəblilərin ictimai fəallığının artırılması və ekoloji aksiyaların təşkili” layihəsinə başlanılıb

Bakı, 16 may, AZƏRTAC

Bakının Nərimanov rayonundakı 57 nömrəli tam orta məktəbdə “Məktəblilərin ictimai fəallığının artırılması və ekoloji aksiyaların təşkili” layihəsinə başlanılması ilə əlaqədar tədbir keçirilib.

“Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyindən (İB) AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və İB-nin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Layihənin əhəmiyyətindən danışan 57 nömrəli tam orta məktəbin direktoru Gülnarə Cəfərova İB-nin üzvlərinə uğurlar arzulayıb.

İB-nin nümayəndəsi, təlimçi Cahandar Məmmədov bildirib ki, layihənin məqsədi ətraf mühitin mühafizəsində yeniyetmə və gənclərin rolunun artırılmasıdır. O deyib: “Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyil. Son illər xarici dillərdə bir sıra dərslik, dərs vəsaiti və elmi kitablar, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar çapdan çıxır. Hətta televizor, radio və qəzetlər də ekoloji təhsilə biganə deyil. Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddən artıq istismarı ilə nəticələnib. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə problemlərinin həllinə böyük diqqət yetirilir”.

Tədbirdə, həmçinin ekoloji problemlər və onların həlli istiqamətində ölkəmizdə görülən işlərdən bəhs olunub.

Sonda suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.