CƏMİYYƏT


Məktəblilərin qidalanması mövzusunda maarifləndirici tədbir

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC 

Bakıdakı 276 nömrəli tam orta məktəbdə “Sağlamlıq forumları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası məqsədilə həyata keçirilən tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ), İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bakıdakı 3, 102 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri, valideynlər, məktəblərdə fəaliyyət göstərən yeməkxanaların əməkdaşları iştirak ediblər.

İnteraktiv müzakirə formatında keçən tədbirdə şagirdlərə sağlam həyat tərzi, düzgün qidalanma, artıq çəki, fiziki aktivlik və digər məsələlər barədə məlumat verilib, mövzu ilə əlaqədar suallar cavablandırılıb.

Sonra tədbirdə fəallıq göstərən şagirdlərə hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.