Melbrun şəhərində sürücü avtomobili piyadaların üzərinə bilərəkdən sürüb
Bakı, 21 dekabr, AZƏRTAC
Avstraliya polis hesab edir ki, Melbrun şəhərində sürücü avtomobili piyadaların üzərinə bilərəkdən sürüb.
AZƏRTAC bu barədə Euronews telekanalına istinadla xəbər verir. “Hazırda biz hadisənin bilərəkdən törədildiyini düşünürük. Təhqiqat yeni başladığı üçün cinayətin motivlərini bilmirik”, - deyə polis nümayəndəsi Rassel Barret bildirib.
Xatırladaq ki, Avstraliyanın Melbrun şəhərində “Flinders Street” dəmiryol vağzalı yaxınlığında sürücünün avtomobili yüksək sürətlə piyadaların üstünə sürməsi nəticəsində 19 nəfər yaralanıb. Yaralıların bir neçəsinin vəziyyəti ağırdır. Hazırda polis hadisənin şahidlərini dindirir. Onların dediyinə görə, minik avtomobilinin sürücüsü yol ayrıcını qırmızı işıqda keçərək piyadaları vurub.
İnsidentlə əlaqədar sürücü də daxil olmaqla, iki nəfər saxlanılıb. Hadisəni törədən şəxsin Əfqanıstanda doğulmuş Avstraliya vətəndaşı olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [19:02]
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
- 02.07.2026 [17:41]
Nigeriya Beynəlxalq Enerji Agentliyinə “tərəfdaş ölkə” kimi qoşulub
- 02.07.2026 [16:34]
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
- 02.07.2026 [16:22]