DÜNYA


Melburn aeroportu Malayziya laynerində insident səbəbindən bağlanıb

Bakı, 31 may, AZƏRTAC

Melburn beynəlxalq aeroportu Malayziya laynerində insident səbəbindən müvəqqəti olaraq bağlanıb. Bu barədə Daili Mirror nəşri məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Melburn - Kuala-Lumpur reysini yerinə yetirən Malaysia Airlines aviakompaniyasına məxsus Airbus A330 layneri uçuşdan bir neçə dəqiqə sonra aeroporta qayıdıb. Buna pilotların kabinəsinə soxulmaq istəyən sərnişin səbəb olub. Həmin sərnişin bomba barədə xəbərdarlıq edib və əlində “elektron qurğu” tutub. O, digər sərnişinlər tərəfindən dayandırılıb və təyyarə yerə endikdən sonra həbs edilib.

Aviaşirkət təyyarənin göyərtəsində insident baş verdiyini təsdiqləyib. “Sərnişin pilotların kabinəsinə soxulmağa cəhd göstərib, təyyarə Melburna qayıdıb”, - Malaysia Airlines şirkətinin rəsmi məlumatında belə deyilir.

Avstraliyanın 9news telekanalı Melburnda bütün reyslərin başqa aeroportlara yönəldildiyini təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.