DÜNYA


Melburnda solçuların ultrasağçılarla toqquşması zamanı polis gözyaşardıcı qaz tətbiq edib

Tokio, 25 iyun, AZƏRTAC 

Avstraliyanın Melburn şəhərinin polisi rasizm əleyhdarlarının millətçilərlə toqquşmasına səbəb olmuş nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bu barədə SBS telekanalı məlumat yayıb.

Bildirilir ki, iyunun 25-də keçirilən nümayişdə təqribən 100 nəfər iştirak edib. Aksiyanın təşkil olunduğu ərazidə polis əməkdaşlarının olmasına baxmayaraq, rəqib tərəflər iğtişaşlar törətməyi bacarıblar. Nəticədə polis gözyaşardıcı qaz tətbiq etməyə məcbur olub.

İğtişaşlar nəticəsində zərərçəkənlər barədə məlumat verilmir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.