DÜNYA
Melburnda təyyarəni partlatmaqla hədələyən şəxs psixi xəstə imiş
Bakı, 1 iyun, AZƏRTAC
Malaysia Airlines aviakompaniyasına məxsus Airbus A330 laynerinin pilot kabinəsinə soxulmaq istəyən və Melburn beynəlxalq aeroportunda saxlanılan şəxsin psixi pozğunluğu var.
AZƏRTAC xəbər verir ki, bu barədə 9news telekanalı saxlanılan şəxsin vəkilinə və Avstraliya polisinə istinadla məlumat yayıb.
Xatırladaq ki, dünən Melburn - Kuala-Lumpur reysini yerinə yetirən təyyarə uçuşdan bir neçə dəqiqə sonra aeroporta qayıdıb. Məlum olub ki, sərnişinlərdən biri pilotların kabinəsinə girməyə cəhd göstərib və onda bomba olduğunu bildirib.
Malayziya nəqliyyat nazirinin dediyinə görə, saxlanılan şəxs Şri-Lanka vətəndaşıdır. Melbrun aeroportunda saxlanılmış 25 yaşlı Manodx Marks Avstraliyaya tələbə vizası üzrə gəlib. Viktoriya ştatı polisindən isə bildiriblər ki, Marks psixi klinikadan çərşənbə günü çıxıb və bir qədər sonra təyyarəyə bilet alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]