İDMAN
Melek Hu: Birinci Avropa Oyunlarında olduğu kimi, “Bakı-2017”də də təşkilatçılıq yüksək səviyyədə idi
Bakı, 20 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC
Birinci Avropa Oyunlarında olduğu kimi, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında da təşkilatçılıq yüksək səviyyədə idi.
Bunu AZƏRTAC-a açıqlamasında stolüstü tennis üzrə qadınların fərdi yarışlarının qalibi olan Türkiyə təmsilçisi Melek Hu deyib.
Oyun zamanı işlətdiyi bəzi fəndlərin onun qələbəsində böyük rolu olduğunu bildirən türkiyəli tennisçi deyib : “Rəqibimin fəndləri də mənim üçün gözlənilməz idi. Bütün bunlara baxmayaraq, qalib gəldim və buna görə çox sevincliyəm”.
İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış etdiyini vurğulayan Melek Hu bildirib: “Buraya gələndə çempion olmağı hədəfləməmişdim. Amma özümə inandığım üçün yarışların çətin olmayacağını bilirdim. Nəticədə yarışın qalibi oldum. Bu, inanılmaz bir hissdir”.