ELM VƏ TƏHSİL


Məleykə Abbaszadə avqustun 4-də Zaqatala rayonunda vətəndaşları qəbul edəcək

Bakı, 28 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 4-də Zaqatala rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların qəbulu saat 12.00-da Zaqatala şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Balakən, Zaqatala, Qax, Şəki rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki regional bölməsinə (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 182) müraciət etmələri (əlaqə tel.: (024-244-66-14) xahiş olunur.

Bundan əlavə Balakən, Zaqatala, Qax rayonlarının təhsil şöbələrində avqustun 3-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək qeydiyyat aparılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.