ELM VƏ TƏHSİL


Memarlıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər elektron qeydiyyatdan keçməlidirlər

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 27-də ali təhsil müəssisələrinə birinci ixtisas qrupu üzrə qəbul imtahanına qatılan və xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 28-29-da (saat 14:00-dək) qabiliyyət imtahanı komissiyaları üzrə elektron qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, abituriyentlər elektron qeydiyyatdan keçdikdən sonra “qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib vərəqədə qeyd olunan tarixdə qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanından “məqbul” qiymət alanlar ixtisas seçimi zamanı birinci qrupa aid olan digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.