CƏMİYYƏT


Memarlıq və İnşaat Universiteti Novosibirskdə keçirilən müsabiqədə təmsil olunub

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Rusiyanın Novosibirsk şəhərində Memarlıq Təhsilinə Yardım üzrə Regionlararası İctimai Təşkilat (MOOCAO) xətti ilə Novosibirsk Dövlət Memarlıq, Dizayn və İncəsənət Universitetinin bazasında memarlıq və dizayn üzrə buraxılış işlərinin 25-ci baxış müsabiqəsi keçirilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) AZƏRTAC-a bildiriblər ki, yeddi ölkənin təmsil olunduğu müsabiqədə 700-dən artıq iş nümayiş edilib. AzMİU-nun memarlıq fakültəsinin bakalavriat və magistratura pillələri üzrə isə 19 iş təqdim olunub.

Tədbir çərçivəsində təşkil olunan dərslik və dərs vəsaitləri müsabiqəsində AzMİU-nun nümayəndələrinin təqdim etdikləri üç dərslik və dərs vəsaiti (prof.R.Əbdülrəhimov –“Memarlıq fizikası”; dos. N.Ağayeva –“ İnteryer qrafikası”; prof.S.Orucov, dos.M.Eynullayeva - “Bədii konstruksiyalaşdırmada bionika”) birinci dərəcəli diploma layiq görülüb.

Tədbirin yekun iclasında müsabiqənin gələn il Yekaterinburqda fəaliyyət göstərən Ural Dövlət Memarlıq və Rəssamlıq Universitetinin bazasında keçirilməsi qərara alınıb.

AzMİU Novosibirsk Dövlət Memarlıq, Dizayn və İncəsənət Universitetinin təşəkkürnaməsiylə, bu ali təhsil ocağının əməkdaşları isə fəxri diplomlarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.