CƏMİYYƏT


Memarlıq və İnşaat Universitetində yüksək göstəricilər inşaat mühəndisliyi ixtisasının payına düşüb

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğur qazanan tələbələr arasında Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) seçənlərin sayı 1445 nəfər olub.

AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, 2016/2017-ci tədris ili üçün universitetə 23 ixtisas üzrə 1445 abituriyent qəbul olaraq tələbə adını qazanıb. Onlardan 488-i dövlət sifarişi, 957 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul olunanlar arasında ən yüksək nəticəni göstərən Cəmil Mustafazadə 685 balla memarlıq ixtisasını seçib.

Yüksək göstəricilər AzMİU-nun inşaat mühəndisliyi ixtisasının (ingilis bölməsi) payına düşür ki, orada orta keçid balı 516 bal olmaqla universitet üzrə orta keçid balından çox yüksəkdir. Nəticələrə əsasən demək olar ki, məhz bu ixtisasa maraq hər il olduğu kimi bu il də yüksəkdir. Onu da qeyd edək ki, bu il bir neçə ixtisasın (inşaat mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyi və informasiya texnologiyaları və sistemləri mühəndisliyi) qəbul qaydalarında minimal keçid balı 250 bal müəyyənləşib ki, bu da həmin ixtisaslara daha savadlı abituriyentlərin qəbul olunması deməkdir. Eyni zamanda, digər ixtisaslarda da 500-dən yüksək bal toplayaraq tələbə adını qazanan abituriyentlər çoxluq təşkil edir.

AzMİU-nun magistratura pilləsində də qəbul göstəriciləri yüksək olan bakalavrlar magistr adını qazanıblar. Magistraturaya qəbul olunan 160 bakalavrdan 114-ü dövlət hesabına, 46 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.