İQTİSADİYYAT
Məmməd Musayev: Ölkədə 121 mindən artıq fərdi qadın sahibkar fəaliyyət göstərir
Bakı, 25 aprel, Sevda Cəfərova, AZƏRTAC
Azərbaycanda 121 mindən artıq fərdi qadın sahibkar fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfransda söyləyib.
O bildirib ki, ölkədə aparılan məqsədyönlü islahatlar nəticəsində son illər qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb.
Bütün bu rəqəmlər göstərir ki, bu gün sahibkar qadınlarımızın sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bu istiqamətdə təşviq olunması, qabiliyyət və bacarıqlarının yüksəldilməsi bütövlükdə ölkə iqtisadiyyatına çox böyük töhfə verə bilər.