İDMAN
Məmmədəli Mehdiyev "Rio-2016"da mübarizəni dayandırıb [YENİLƏNİB] VİDEO
Məhəmmdəli Mehdiyev təsəlliverici görüşdə monqolustanlı Otqonbaatar Lxaqvasuren ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə cüdoçumuz məğlub olub və "Rio-2016"da mübarizəni dayandırıb.
20:14
Cüdoçumuzun təsəlliverici görüşdəki rəqibi monqolustanlı Otqonbaatar Lxaqvasuren olacaq.
20:01
Məmmədli Mehdiyev dörddəbir finalda Koreya Respublikasından olan cüdoçu Donqan Qvaka məğlub olub. Buna baxmayaraq cüdoçumuz təsəlliverici görüşə qatılacaq. Cüdoçumuzun növbəti rəqibi Varlam Liperteliani (Gürcüstan) - Otqonbaatar Lxaqvasuren (Monqolustan) cütünün məğlubu olacaq.
19:30
Cüdoçumuz "Rio-2016"da ikinci qələbəsini qazanıb. Səkkizdəbir final mərhələsində Braziliya təmsilçisi, dünya çempionu Tiaqo Kamiloya qalib gələn idmançımız növbəti mərhələdə Koreya Respublikasından olan cüdoçu Donqan Qvak ilə üz-üzə gələcək.
18:22
Cüdoçumuzun növbəti mərhələdəki rəqibi müəyyənləşib. Səkkizdəbir final mərhələsində M.Mehdiyev Braziliya təmsilçisi Tiaqo Kamilo ilə qarşılaşacaq.
18:10
Bakı, 10 avqust, AZƏRTAC
Rio-de-Janeyorda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev ilk qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, cüdoçumuz rusiyalı Kirill Denisovu məğlub edərək növbəti mərhələyə adlayıb.