ELM VƏ TƏHSİL


“Mən UNEC tələbəsiyəm” mövzusunda “selfie” müsabiqəsinə başlanılıb

Bakı, 23 may, AZƏRTAC

“Mən UNEC tələbəsiyəm” mövzusunda “selfie” müsabiqəsinə başlanılıb. Müsabiqə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 87 illiyinə həsr edilib.

UNEC –dən AZƏRTAC-a bildirilib ki, fotoşəkillər istənilən yerdə, tək və ya kollektiv halda çəkilə bilər. Daha orijinal, universitetlə bağlı fotolara üstünlük veriləcək.

Müsabiqə iki mərhələdən - fotoların toplanılması və universitetin rəsmi “Facebook” səhifəsində səsverməyə çıxarılması mərhələlərindən ibarətdir. Qalibləri münsiflər heyəti müəyyənləşdirəcək.

Fotoşəkillər https://www.facebook.com/uneceduaz ünvanında və ya [email protected] elektron poçtunda qəbul ediləcək. Müsabiqə iyunun 5-dək davam edəcək.

Qaliblərə diplom və hədiyyələr veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.