ELM VƏ TƏHSİL


“Mən bir ağac əkmişəm” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub

A+ A

Bakı, 13 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Mən bir ağac əkmişəm” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin və Bakı Ali Neft Məktəbinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında (MNB) olublar.

Mərkəzi Nəbatat Bağından AZƏRTAC-a bildiriblər ki, layihə üzrə növbəti təlim MNB-nin canlı kolleksiyasına ekskursiya ilə başlanıb. MNB-nin elmi işçisi Nərgiz Əliyeva iştirakçılara bağa introduksiya edilmiş müxtəlif bitkilərin (Azərbaycan florasına aid endem və nadir bitkilər, dərman bitkiləri və s.) təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemləri haqqında ətraflı məlumat verib.

Təlimlər Botanika İnstitutunun laboratoriyalarında davam etdirilib. İnstitutun Bitki ehtiyatları şöbəsinin əməkdaşı Lətafət Mustafayeva iştirakçılara laboratoriyada dərman bitkiləri üzrə aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib və onları bitki materiallarının analizə hazırlanması, təcrübə aparmaq üçün istifadə olunan avadanlıq və aparatlardan istifadə qaydaları ilə tanış edib.

Doktorant Şəhla Mirzəyeva Herbari Fondunda saxlanılan dəyərli tip nümunələri, onların saxlanılma şəraiti və rəqəmsallaşdırılaraq Avropa məlumat bazasına daxil edilməsi prosesini izah edib. Mütəxəssis Xanım Həsənova isə muzeydəki “Azərbaycanın yaşıl xəzinəsi” mövzusunda sərgi haqqında məlumat verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.