MƏDƏNİYYƏT


“Mən və hüquqlarım” mövzusunda rəsm müsabiqəsi elan olunub

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Ombudsman Aparatı 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirir.

Aparatın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə 18 yaşadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.

Rəsmlər A3 formatda işlənməli, müəlliflər haqqında qısa məlumat və bir ədəd fotoşəkil (4x5 ölçüdə) noyabrın 25-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 80, Hökumət evi, II qapı) təqdim olunmalıdır.

Rəsmlər müsabiqənin mövzusuna uyğun gəlməli, əsərlərdə BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq müddəası öz əksini tapmalı, rəsmlər mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinal olmalıdır.

Qalib hesab ediləcək rəsmlər geri qaytarılmayacaq.

Qeyd edək ki, müsabiqənin mövzusuna uyğun olmayan mövzularda çəkilmiş rəsmlər nəzərə alınmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.