CƏMİYYƏT


“Mənim hüququm var” adlı maarifləndirici tədbirlər keçirilib

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Erkən nikah hallarının qarşısının alınması məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq müxtəlif istiqamətli maarifləndirmə tədbirləri həyata keçirilir.

Komitədən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə işin davamı olaraq, erkən nikahlarla bağlı uşaqların məlumatlandırılması məqsədilə Suraxanı rayonu 114 saylı məktəbdə və Binəqədi rayonu 283 saylı məktəbdə “Mənim hüququm var!” adlı təlimlər keçirilib.

Təlimlərdə komitənin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və həmin şöbənin əməkdaşları, eləcə də rayon icra hakimiyyətinin məsul işçiləri iştirak edib.

Təlimlər zamanı erkən nikahlarla bağlı təqdimatlar keçirilib, komitə tərəfindən mövzu ilə bağlı çəkilmiş sosial çarxlar nümayiş edilib. Təqdimatlarda erkən nikahlar və onların fəsadları, bu sahədə mövcud qanunvericilik barədə uşaqlara ətraflı məlumat verilib. Təlim zamanı uşaqlarla aktiv müzakirələr, qrup işləri aparılıb, həmçinin problemin aradan qaldırılması istiqamətində uşaqların təklifləri dinlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.