MƏDƏNİYYƏT
“Mənim yay tətilim” adlı respublika uşaq rəsm sərgisi açılacaq
Bakı, 6 iyul, AZƏRTAC
Xətai Sənət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birlikdə “Mənim yay tətilim” adlı respublika uşaq rəsm sərgisi keçirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iştirak etmək istəyən uşaqlar əsərlərini iyulun 30-a qədər Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər.
Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcək. Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək.
Xətai Sənət Mərkəzində keçiriləcək sərgidə Azərbaycanın bütün bölgələrindən istedadlı uşaqlar iştirak edə bilər. 12 yaşa qədər uşaqların iştirak edəcəyi sərgidə mövzu sərbəstdir.
Fərqlənən rəsmlərin müəlliflərinə diplomlar təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:20]
Abdulla Şaiqin mənzil-muzeyində tədbir: “Narkotik asılılığına son!”
- 25.04.2024 [17:54]
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib
- 25.04.2024 [17:45]
Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək
- 25.04.2024 [17:00]
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]