CƏMİYYƏT


Mənzildən 6 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb

Bakı, 27 iyul, AZƏRTAC

Bakı şəhər sakini evindən qızıl əşyalarının oğurlanması barədə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə ərizə ilə müraciət edib. O, izahatında 6 min manat dəyərində qızıl-zinət əşyalarının bir müddət əvvəl oğurlandığını, aradan ötən müddətdə evinə gəlib-gedən tanışlarından bu barədə maraqlandığını, lakin heç bir nəticə əldə etmədiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar yaradılan əməliyyat qrupu tərəfindən müvafiq araşdırmalara başlanılıb. Görülmüş tədbirlərlə oğurluğun mənzil sahibəsinin tanışları Elşad və Qismət adlı şəxslər tərəfindən törədilməsinə dair şübhələr yaranıb.

Əməliyyat-axtarış tədbirləri ilə qısa vaxt ərzində onların yeri müəyyənləşdirilərək şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla onların Abşeron rayon sakini Qismət Nəsibov və Ağdam rayon sakini Elşad Hüseynov olmaları müəyyən edilib.

Q.Nəsibov və E.Hüseynov əsaslı dəlillər qarşısında həmin tanışlarının mənzilindən mart ayından etibarən nəzərə çarpdırmadan müxtəlif qızıl əşyaları oğurladıqlarını etiraf ediblər.

Faktla əlaqədar cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.