DÜNYA


Mənzildən geniş və işıqlı kitab mağazası düzəldilib

A+ A

Bakı, 5 dekabr, AZƏRTAC

Çinin “Çao Ru” memarlıq studiyası hündürmərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzili geniş və işıqlı oxucu zalı olan mağazaya çevirib.

AZƏRTAC “Arxinovosti” saytına istinadla bildirir ki, mənzildə açıq rəngli ağac materialından istifadə edildiyindən otaqlar çox işıqlıdır.

Arxitektorlar otaqları geniş etməkdən ötrü ağac materialından istifadə ediblər. Belə ki, burada hazırda 5 minədək kitab yerləşdirmək mümkündür.

Maraqlıdır ki, kənardan adi mənzildən seçilməyən mənzilin balkonu da istifadəsiz qalmayıb və oxucu zalına çevrilib. Otaqları ayıran divarlarda indi kitab dolabı düzəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.