MƏDƏNİYYƏT


Mer Mişel Qurənşa: Konyak şəhərində Məhsəti Gəncəvinin heykəlinin ucaldılması tarixi hadisədir

A+ A

Konyak, 8 oktyabr, AZƏRTAC

Fransanın Konyak şəhərində görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin heykəlinin ucaldılması tarixi hadisədir.

Bu fikri Konyak şəhərinin meri Mişel Qurənşa bildirib. Mer bu hadisənin Konyakda “Azərbaycan günləri”nin keçirilməsinin bəhrəsi olduğunu diqqətə çatdırıb.

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin Fransada təbliğində böyük rolu olduğunu vurğulayan Mişel Qurənşa deyib: “Ümid edirik ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəkdə Konyak şəhərinə səfər edəcək. Bu, bizim üçün mühüm səfər olacaq”.

Mişel Qurənşa Məhsəti Gəncəvinin heykəlinin ucaldıldığı parkın artıq Azərbaycanın kiçik bir hissəsi olduğunu diqqətə çatdırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Konyak

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.