DÜNYA


Mərakeş 32 ildən sonra yenidən Afrika Birliyinə qayıdır

A+ A

Bakı, 18 iyul, Nihad Budaqov, AZƏRTAC 

Mərakeşin Kralı VI Mohammed 32 il əvvəl ayrıldıqları Afrika Birliyi Təşkilatına yenidən üzv olmaq barədə qərar qəbul etdiklərini açıqlayıb.

AZƏRTAC Mərakeşin dövlət xəbər agentliyinə (MAP) istinadla xəbər verir ki, VI Mohammedin 27-ci Afrika Birliyi sammiti üçün Ruandanın paytaxtı Kiqaliyə göndərdiyi məktubda deyilir: “Afrika Birliyinə qayıtmaq bizim üçün çətin bir qərar olsa da, Mərakeş bu tarixi qərar ilə bütün bölünmələrin öhdəsindən gəlmək üçün birliyin daxilində birgə işə davam edəcək. 1984-cü ildə birlikdən ayrılma qərarımız özəl səbəblərdən ötəri idi. Bundan sonrakı müddətdə birlik daxilində üzərimizə düşən məsuliyyətləri yerinə yetirmə üçün daha inamla hərəkət edəcəyik”.

Qeyd edək ki, Mərakeş 1984-cü ildə Poisario Təşkilatının "Qərbi Səhra Respublikası" adı ilə Afrika Birliyinə üzv olmasından sonra bu təşkilatdan ayrılmağa qərar vermişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.