SİYASƏT
Mərakeş qəzetində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat dərc edilib
Bakı, 16 may, AZƏRTAC
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetinin 12 may tarixli nömrəsində Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat dərc edilib.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məlumatda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda Forumun UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə keçirildiyi bildirilir, tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış alimlər də daxil olmaqla 800-dən çox xarici nümayəndənin iştirakı etdiyi diqqətə çatdırılır.
Yazıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılış mərasimində iştirak etdikləri bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]