CƏMİYYƏT


Mərakeşdə BMT-nin “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasının iştirakçıları konfransının 22-ci sessiyası açılıb

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Mərakeşdə BMT-nin “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasının iştirakçıları konfransının 22-ci sessiyası açılıb.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirib ki, sessiyanın iştirakçıları istixana qazları tullantılarının azaldılmasına dair tədbirlərin fəallaşdırılması, habelə qlobal istiləşmənin nəticələrinə uyğunlaşmaqda yoxsul ölkələrə kömək göstərilməsi üçün müvafiq resursların səfərbər edilməsi yollarını müzakirə edəcəklər.

Konfransın 22-ci sessiyasının yüksək səviyyəli seqmenti noyabrın 15-dən 18-dək davam edəcək.

Çərçivə Konvensiyasının icraçı katibi Patrisiya Espinoza bildirib ki, Paris sazişinin uğurlu olacağına təminat yoxdur. O daha sonra bildirib ki, Mərakeş görüşü davamlı gələcək qurulmasına yönəlmiş beynəlxalq və milli səviyyəli təxirəsalınmaz addımlar barədə razılığa gəlmək imkanıdır. Patrisiya Espinoza Yaşıl İqlim Fondunu genişləndirməyə çağırıb.

Fransanın ekologiya və energetika naziri, Konfransın 21-ci sessiyasında sədrlik etmiş Seqolen Ruayal bu çağırışı dəstəkləyib.

S.Ruayal xatırladıb ki, bu gün buzlaqların əriməsi sürətlənir, torpaqların səhralaşması dağıdıcı nəticələr verir, şəhərlərdə qazların yüksək konsentrasiyası urbanistik inkişafın yeni modelini tələb edir. O daha sonra bildirib ki, Afrika ölkələri, xüsusən Böyük Səhradan cənubda yerləşən 36 ölkə qlobal istiləşmənin nəticələrindən daha çox əziyyət çəkir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.