DÜNYA
Mərakeşdə güclü daşqınlar 32 nəfərin həyatına son qoyub
Paris, 25 noyabr, AZƏRTAC
Mərakeşin cənubunda yağan aramsız yağışların səbəb olduğu güclü daşqınlar 32 nəfərin həyatına son qoyub, 14 nəfər itkin düşüb.
Ölkənin Errachidia regionu daşqınlardan daha çox zərər çəkib. Burada sel suları 60-dan çox evi dağıdıb. Bir neçə magistral yol bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Ölkə başçısı Yl Məhəmməd təbii fəlakətin vurduğu ziyanı aradan qaldırmaq və fəlakət zonasında əhaliyə humanitar yardım göstərilməsi barədə göstəriş verib.
Çaylarda suyun səviyyəsi qalxıb, təhlükə zonasından əhalinin təhlükəsiz yerə köçürülməsi üçün hərbçilər səfərbər olunub.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]