DÜNYA


Mərakeşdə terror aktı planlaşdıran bir qrup kamikadze qadın zərərsizləşdirilib

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Mərakeş Təhlükəsizlik Xidmətinin əməkdaşları oktyabrın 7-də bu ölkədə keçiriləcək parlament seçkiləri zamanı müxtəlif şəhərlərdə terror aktı törətməyi planlaşdıran bir qrup kamikadze qadını zərərsizləşdirib.

AZƏRTAC “lefigaro.fr” saytına istinadla xəbər verir ki, İŞİD-in bu ölkədəki qadın məntəqələrindən birinin aşkara çıxarılması nəticəsində 10-dan çox qadın saxlanılıb. Həbs edilən qadınlardan partlayıcı kəmər hazırlanmasında istifadə olunan ləvazimatlar götürülüb. Saxlanılanlar arasında 15, 16, 17 yaşlı qızların olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.