MƏDƏNİYYƏT
Mərakeşin “Əl-İslah” qəzeti “Nabat” filmindən yazır
Rabat, 22 dekabr, AZƏRTAC
Mərakeşin “Əl-İslah” qəzetində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Əl-İslah” bədii filminin XIV Mərakeş Beynəlxalq Film Festivalında nümayiş etdirilməsi barədə məqalə dərc olunub.
Məqalədə bildirilir ki, Mərakeş Beynəlxalq Film Festivalının açılış mərasimində və filmin nümayişində “Nabat”ın rejissoru və ssenari müəllifi Elçin Musaoğlu və baş rolun ifaçısı Fatemeh Motamed Arya iştirak ediblər.
Yazıda kinotənqidçilər və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan ekran əsərinin Qarabağ müharibəsi ilə bağlı olduğu bildirilir. Tamaşaçı filmə baxarkən müharibənin bütün ağrı və acılarını daxilən hiss edir. Məqalənin müəllifi “Nabat” filminin yüksək peşəkarlıqla çəkildiyini vurğulayır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat