SİYASƏT
Mərakeşin “Əl-İslah” qəzetində ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc olunub
Rabat, 22 dekabr, AZƏRTAC
Mərakeşin “Əl-İslah” qəzetinin növbəti nömrəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında məqalə dərc olunub.
Qəzetin “Bariz şəxsiyyətlər” rubrikasında nəşr edilən “Müasir Azərbaycan Respublikasının qurucusu və banisi – Heydər Əliyev” sərlövhəli məqalədə Ulu Öndərin keçdiyi həyat yolu, dövlətin qurulması və inkişafı istiqamətində gördüyü işlər və əldə edilən nailiyyətlər barədə məlumat verilir. Azərbaycan tarixinin önəmli bir mərhələsinin Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğu diqqətə çatdırılır.
Məqalədə ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığı qeyd edilir.
Yazıda vurğulanır ki, Ulu Öndər uzaqgörənliklə müasir Azərbaycan dövlətçiliyinin daha möhkəm təməl üzərində dayanması üçün əlindən gələni əsirgəməyib ki, bu da Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat