CƏMİYYƏT
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti Azərbaycanın Ramazan ənənələrindən yazıb
Bakı, 21 iyul, AZƏRTAC
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində Azərbaycanda Ramazan ənənələri ilə bağlı məqalə dərc edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib.
Bildirilir ki, qədim köklərə malik azərbaycanlılar adət və ənənələrinə görə ərəblərə ən yaxın xalqdır. Məqalədə Avropada bariz müsəlman ölkələrindən biri olan Azərbaycanda Ramazan bayramının böyük coşqu, sevinc və təmtəraqla qeyd edildiyi vurğulanır. Müqəddəs bayramda at yarışlarının keçirilməsi bayram şənliklərinə xüsusi ovqat bəxş edir.
Məqalənin müəllifi, qəzetin baş redaktoru Əhməd Mitşu yazır ki, Ramazan ayı Azərbaycan xalqının mədəni irsində qədimdən silinməz izlər buraxıb. İftar zamanı evlərdə süfrə açılarkən gözlənilmədən gələ biləcək qonaq da nəzərə alınır, gələr-gəlməz onun üçün masaya əlavə boşqab qoyulur. Müəllif iftar süfrəsində yer alan dolma, qovurma, çığırtma, plov kimi Azərbaycan xörəklərini təsvir edir, xüsusi ilə Bilgəh qəsəbəsində yetişdirilən və qoxusuna görə dünyada xüsusilə tanınan zəfəran ilə hazırlanan plov çeşidləri barədə məlumat verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [17:48]
Çoxmərtəbəli binada baş verən yanğın qısa müddətdə söndürülüb
- 19.03.2024 [17:34]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 19.03.2024 [17:33]
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 17-ci ildönümü qeyd edilib
- 19.03.2024 [17:06]
Norveç Azərbaycanda COP29-un uğurla keçirilməsinə dəstək verməyə hazırdır
- 19.03.2024 [16:57]
DSX-nin Xüsusi Məktəbində bir gün - VİDEOREPORTAJ
- 19.03.2024 [16:51]
Sükan arxasında huşunu itirən xanıma kömək edən sürücüyə mükafat verilib
- 19.03.2024 [16:48]