SİYASƏT


Mərakeşin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 23-də Mərakeşin ölkəmizə yeni təyin olunmuş səfiri Adil Embark ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Elmar Məmmədyarov Adil Embarkı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Mərakeş arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadiyyat, humanitar, turizm, alternativ və bərpa olunan enerji kimi sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların və əhatəli müqavilə-hüquq bazasının olduğu diqqətə çatdırılıb. Ticarət əlaqələrinin genişləndirilməsi üçün biznes dairələri arasında münasibətlərin təşviq edilməsinin və biznes forumlarının keçirilməsinin vacibliyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Mərakeşin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar ədalətli mövqeyinin, Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulmasının təqdir edildiyini bildirib.

Səfir Adil Embark iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.