DÜNYA


Mərakeşli iş adamı Cəbəllütariq boğazını üzərək keçib

A+ A

Rabat, 11 sentyabr, AZƏRTAC

“Sigma Technologies” şirkətinin sahibi olan 51 yaşlı Dino Sebti Cəbəllütariq boğazını üzərək keçən ilk mərakeşli kimi tarixə düşüb. O, bir ilə yaxın müddətdə hazırlıq keçdikdən sonra heç bir xüsusi qurğu olmadan Afrika ilə Avropanı ayıran boğazı 4 saat 22 dəqiqəyə üzərək keçib.

Təxminən 18 kilometr məsafədə üzən Dino Sebti bildirib ki, bu, onun üçün macəradır. Bu prosesin hər anından həzz aldığını deyən iş adamını həmin müddətdə qayıq müşayiət edib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.