İDMAN


“Mercedes” ardıcıl olaraq üçüncü dəfə “Formula-1” konstruktorlarının kubokunu qazanıb VİDEO

A+ A

Bakı, 9 oktyabr, AZƏRTAC

“Mercedes”in pilotları Niko Rosberq və Luis Hemilton Yaponiya Qran-prisində öz komandasına vaxtından əvvəl “Formula-1” konstruktorlarının kubokunu qazandırıb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, birinci mövqedə start götürən Niko Rosberq liderliyini finişədək qoruyub saxlaya bilib və yürüşün qalibi olub. Onun komanda yoldaşı Luis Hemilton isə yürüşə ikinci çıxsa da, starta yol verdiyi səhv nəticəsində birinci onluğun axırına düşüb. Bununla belə, britaniyalı itirilmiş mövqelərin böyük hissəsini geri qaytarmağa nail olaraq, finişə üçüncü çatıb.

Beləliklə Rosberq və Hemiltonun yığdıqları xallar “Mercedes” komandasının ardıcıl olaraq üçüncü dəfə “Formula-1” konstruktorlarının kubokunu qazanmasına kifayət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.