İDMAN


“Mercedes”in pilotu Niko Rosberq cari mövsümdə yeddinci qələbəsini qazanıb

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC 

Formula-1 üzrə dünya çempionatının sentyabrın 2-4-də keçirilən 14-cü yarışında – Monza (İtaliya) Qran-prisində qalib gələn “Mercedes”in pilotu Niko Rosberq cari mövsümdə yeddinci qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, on dördüncü yarışda pilotlar Monza avtodromunda uzunluğu 5793 metr olan trekdə mübarizə aparıblar.

Niko Rosberq yarışı 1 saat 17 dəqiqə 28,089 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 15,070 saniyə geridə qalan Luis Hamilton (Mercedes) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 20,990 saniyə sonra finişə çatan Sebastian Vettel (Ferrari, 15 xal) tamamlayıb.

On dördüncü Qran-pridən sonra “Mercedes”in pilotu Luis Hamilton 250 xalla liderliyini davam etdirir. Cari mövsümdə altı qələbə qazanan L.Hamiltonun bu mərhələdən sonra ikinci pillədə qərarlaşan komanda yoldaşı N.Rosberq ilə xal fərqi 2-yə çatıb. N.Rosberqin hesabında 248 xal var. O, indiyədək keçirilən Avstraliya, Bəhreyn, Çin, Rusiya, Azərbaycan, Belçika və İtaliya mərhələlərində qalib gəlib.

Aktivində 161 xal olan Daniel Rikkardo (Red Bul Racing) üçüncü, Sebastian Vettel (Ferrari) 143 xalla dördüncü və 136 xala sahib olan Kimi Raikkonen (Ferrari) isə beşincidir.

Çempionatın növbəti – on beşinci yarışı sentyabrın 16-18-də Sinqapurda keçiriləcək.

Yarışın səkkizinci mərhələsi – Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçirilmişdi. Mərhələnin qalibi “Mercedes”in pilotu Niko Rosberq olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.