MƏDƏNİYYƏT


Mərdəkan Mədəniyyət Sarayında Ramazan bayramı münasibətilə konsert olacaq

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 25-də Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə Ramazan bayramına həsr olunmuş konsert keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konsertdə Xalq Artisti Aftandil İsrafilov, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Təyyar Bayramov, İlkin Əhmədov, ifaçılar Aytən Məhərrəmova, Vəfa Vəzirova, Hüseyn Məlikov və Aşıq Samirə, həmçinin Azərbaycan Televiziyasının solistləri Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Məmməd Nəcəfov, Almaxanım Əhmədli, Rəvanə Əmiraslanlı, Pərviz Qasımov, “Şirvan” folklor ansamblı və başqaları çıxış edəcək. İfaçıları Əməkdar Artist Sahib Paşazadənin bədii rəhbərliyi ilə “Muğam” instrumental ansamblı müşayiət edəcək.

Konsertə giriş sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.