MƏDƏNİYYƏT
“Mərhumun mesajı” tamaşasının premyerası olacaq
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı Hüseynbala Mirələmovun “Mərhumun mesajı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın premyerasının dekabr ayında keçirilməsi nəzərdə tutulub.
Hazırda məşqləri gedən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı İzzət Qurbanov, rejissor assistenti isə Vüqar Məmmədovdur.
Tamaşada əsas rolları Xalq artistləri Bəsti Cəfərova, Səidə Quliyeva, Əməkdar artistlər Sabir Məmmədov, Ələsgər Məmmədoğlu, Əli Nurzadə, Mətanət Atakişiyeva, Almaz Amanova, aktyorlar Mirzə Ağayev və Kazım Həsənquliyev oynayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]