DÜNYA


Merkelin reytinqi son beş ildə ən aşağı səviyyəyə enib

A+ A

Berlin, 2 sentyabr, AZƏRTAC

AFR kansleri Angela Merkelin ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi son beş ildə ən aşağı həddə düşüb. “Infratest dimap” sosioloji institutu tərəfindən aparılmış rəy sorğusunun nəticələri göstərib ki, respondentlərin yalnız 45 faizi Almaniya hökumətinin başçısının fəaliyyətini müsbət qiymətləndirir. ARD-Deutschlandtrend bu sorğunun nəticələrini sentyabrın 1-də axşam elan edib.

Məlum olub ki, hazırda Merkel alman siyasətçilərinin populyarlıq reytinqində yalnız 6-cı yeri tutur. Rəyi soruşulanların əksəriyyəti (51 faiz) Merkelin yenidən, 4-cü müddətə AFR kansleri vəzifəsinə seçilməsinin əleyhinədir. Bu ssenarini müsbət qiymətləndirənlər isə cəmi 46 faiz olub.

Bu araşdırma göstərib ki, hazırda ən populyar alman siyasətçisi AFR xarici işlər naziri Frank-Valter Ştaynmayerdir. O, rəyi soruşulanların 73 faizinin dəstəyini qazanıb. Maliyyə naziri Volfqanq Şoyble 65 faiz nəticə ilə ikinci yerdədir. Reytinq cədvəlində növbəti 3 yeri Baden-Vyurtemberq federal əyalətinin Baş naziri Vinfrid Kreçman, “90/Yaşıllar ittifaqı” partiyasının lideri Cem Özdəmir və XDİ/XSİ bloku üzrə Merkelin tərəfdaşı, Bavariyanın Baş naziri Horst Zeyehofer tutur.

Vüqar Seyidov

AZƏRTAC –ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.