DÜNYA
Mərkəzi Afrika Respublikasında polisə hücum nəticəsində 10 nəfər ölüb
Bakı, 29 oktyabr, AZƏRTAC
Mərkəzi Afrika Respublikasında bir qrup silahlı şəxsin polislərə hücumu 10 nəfərin ölümü ilə nəticələnib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident ölkənin cənubunda yerləşən Bambari şəhərində baş verib. Hücum nəticəsində həlak olanların 6-sı polis əməkdaşı, 4-ü isə mülki şəxsdir. Bundan əlavə, şəhər ətrafında müsəlmanlar və xristian yaraqlılar arasında toqquşmalarda 15 nəfərin həlak olduğu bildirilir.
Xatırladaq ki, 2013-cü ilin dekabr ayında Mərkəzi Afrika Respublikasının Banqi şəhərində müsəlmanların “Seleka” qruplaşması ilə xristian üsyançılar arasında baş verən silahlı toqquşmadan sonra ölkədə vəziyyət xeyli gərginləşib. BMT-nin məlumatına əsasən, münaqişənin davam etdiyi müddət ərzində min nəfərdən çox insan həlak olub, 1 milyon insan isə öz evlərini tərk etmək məcburiyyətində qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]