Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq elmi simpozium başa çatıb

Naxçıvan, 18 noyabr, Rauf Əliyev, AZƏRTAC

Naxçıvanda keçirilən “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq elmi simpozium başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyə Respublikası Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi və İqdır Universitetinin birgə təşkilatçılığı ilə keçirilən elmi tədbirin bağlanış mərasimində çıxış edən Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan mötəbər beynəlxalq elmi simpoziumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Mehmet Ali Beyhan bildirib ki, ümumilikdə, simpoziuma 100-ə yaxın elmi məruzə təqdim olunub, lakin onlar arasından 58-i seçilib. Bu mövzular Mərkəzi Araz hövzəsinin tarixi, mədəniyyəti, hərbi-siyasi, iqtisadi inkişafı və digər əhəmiyyətli sahələri əhatə edib.

Qeyd olunub ki, Mərkəzi Araz hövzəsi zəngin mədəniyyətə, qədim tarixə malik olduğu üçün bu mövzularda məruzələr maraqla qarşılanıb, ciddi müzakirələr aparılıb, yekun nəticələr əldə olunub. İstər Türkiyədən, istərsə də Azərbaycandan olan alimlər həmin müzakirələrdə fəal iştirak edib, təkliflər səsləndiriblər. Naxçıvan Dövlət Universitetinin tələbələri də məruzələri və aparılan müzakirələri maraqla izləyiblər.

Atatürk Araşdırma Mərkəzinin rəhbəri deyib: “Biz bir daha xatırladıq ki, Mərkəzi Araz hövzəsi coğrafiyasında bəşəriyyət tarixinin böyük bir sivilizasiyanın yaradılması ilə bərabər, burada qanlı hadisələr də baş verib. Xüsusən, ermənilər bölgədə dəfələrlə soyqırımı həyata keçiriblər. Həmin soyqırımı aktları Naxçıvanı və Şərqi Anadolunu əhatə edib. Bu, tarixi faktlarla da öz təsdiqini tapıb”.

Mehmet Ali Beyhan beynəlxalq elmi simpoziumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

“Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq elmi simpoziumun məqsədinə nail olduğunu qeyd edən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov deyib ki, Türkiyə və Azərbaycan alimlərinin bir sıra sahələr üzrə birgə elmi tədbirlər keçirmələri və qarşılıqlı elmi əməkdaşlıq şəraitində fəaliyyət göstərmələri hər iki ölkə üçün faydalıdır. Belə mühüm bir tədbirin Naxçıvanda keçirilməsi isə böyük əhəmiyyət kəsb edir. Çünki qədim diyar dünya mədəniyyətinin yarandığı önəmli məkanlardan biridir. Naxçıvan təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının tarixində özünəməxsus yer tutur. Burada böyük türk mədəniyyəti formalaşıb. Qədim dövrlərdən bəri türk diyarı kimi dünyada şöhrət qazanmış Naxçıvan sivilizasiyanın beşiyi olub.

Yaqub Mahmudov Naxçıvanın tarixən türk dünyasında birləşdirici rol oynadığını, Azərbaycan dövlətçilik ənənələrinin yaşadıldığı məkan olduğunu vurğulayaraq qeyd edib ki, hazırda qüdrətli Türkiyənin türk dünyası ilə yeganə quru sərhədi Naxçıvanladır. Alim xatırladıb ki, 2009-cu il oktyabrın 3-də Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısı Naxçıvanda keçirilib və bu, təsadüfi deyil. IX Zirvə Toplantısında qəbul edilən qərarlar üzv ölkələr arasında əməkdaşlığın güclənməsində mühüm rol oynayıb. Məhz həmin tarixi toplantı zamanı imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişi bu təşkilatın yaradılmasının əsasını qoyub. Yəni, Naxçıvan türk dünyasının həmrəyliyinin, birliyinin təcəssümü olan bir sazişin imzalandığı məkan kimi tarixə düşüb. Bu beynəlxalq elmi simpoziumu isə iki qardaş dövlətin elminin zirvə toplantısı kimi qiymətləndirmək olar.

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, beynəlxalq elmi simpoziumda tarixi məsələlərlə yanaşı, ədəbiyyat və memarlıq əsərləri barədə dəyərli elmi araşdırmalar əsasında hazırlanmış məruzələrin dinlənilməsi mötəbər elmi tədbirin əhəmiyyətini daha da artırır. Naxçıvan Dövlət Universitetində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin simpoziumda fəal iştirakı isə müasir gəncliyimizin tariximizə, mədəniyyətimizə böyük maraq göstərdiyini bir daha sübut edir.

“Beynəlxalq elmi simpoziumda mühüm elmi nəticələr əldə olunub. Simpoziumun yüksək səviyyədə təşkil edilməsi Naxçıvan Muxtar Respublikasının nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malik olduğunu bir daha göstərdi”, – deyən Saleh Məhərrəmov vurğulayıb ki, bu gün muxtar respublikada elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb.

Sonda beynəlxalq elmi simpoziumunun iştirakçılarına sertifikatlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq